"Araz Naxçıvan"dan "Sumqayıt"a 4 cavabsız qol - VİDEO

22:13 - 28 Sentyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Araz Naxçıvan" doğma meydanda "Sumqayıt-2"ni qəbul edib. Qarşılaşma Muxtar Respublika təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

5 turdan sonra maksimum nəticə göstərən "Araz Naxçıvan" çempionatın lideridir. "Sumqayıt-2" isə 3 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

 

"Araz Naxıvan" - "Sumqayıt-2" 4:0

Qollar: Orxan Əliyev, 27, 42, 64, Fərid Kərimzadə, 44

 

Xəbər xətti