Qətər qrupda qaldı, İngiltərə və Niderlanddan heç-heçə, İran Uelsi məğlub etdi - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında bu gün ikinci tur start götürüb.

Sportal.az xəbər verir ki, A və B qrupunda yer alan komandalar meydana çıxıb.

A qrupunda Seneqal meydan sahibi Qətəri 3:1 hesabı ilə məğlub edib. Niderland və Ekvador yığmaları isə 1:1 hesablı heç-heçəyə razılaşıb.

 

B qrupunun ilk matçında İran Uelsə 2:0 hesabı ilə qalib gəlib. İngiltərə - ABŞ qarşılaşması isə qolsuz bərabərliklə başa çatıb.

 

Dünya çempionatı

25 noyabr

A qrupu

Qətər - Seneqal 3:1

Qollar: Mohammed Muntari, 78 - Bulaye Dia, 41, Famara Dedyu, 48, Bamba Dienq, 84

20:00. Niderland - Ekvador 1:1

Qollar: Kodi Qakpo, 5 - Enner Valensiya, 50

B qrupu

Uels - İran 0:2 
Qollar:
Çeşmi, 90+8, Rezaeian 90+10
Qırmızı vərəqə: Hennesi 87


İngiltərə - ABŞ 0:0 

Tarix: 26 Noyabr [00:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio