"Ayaks"ın futbolçusu "Borussiya"ya keçir

22:37 - 30 Noyabr 2022

"Ayaks"ın futbolçusu Mohammed Kudüs karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, dünya çempionatında Qana millisi ilə yaxşı performans göstərən 22 yaşlı vinger "Borussiya"nın diqqət mərkəzinə düşüb. Dortmund təmsilçisi futbolçunun meneceri ilə görüşüb.

 

"Everton" və "Nyukasl"ın da transfer etmək istədiyi qanalı yarımmüdafiəçi Bundesliqa klubunun təklifinə isti yanaşır. "Borussiya" bu keçidi 15 milyon avroya bitirməyi düşünür.

 

Qeyd edək ki, Mohammed Kudüs "Ayaks"a 2020-ci ilin yayında "Nordşellan"dan transfer olunub. O, cari mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 21 matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kudüs dünya çempionatında isə Qana millisinin forması ilə 2 oyunda 2 qol vurmağa nail olub.

Xəbər xətti