"Traktor" ispan məşqçiyə tapşırıldı

19:20 - 6 Dekabr 2022

İranın "Traktor" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisini Pako Xames çalışdıracaq. Bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniyalı məşqçi ilə müqavilənin müddəti barədə məlumat verilməyib.

 

Qeyd edək ki, məşqçilik karyerası İspaniyada keçən 52 yaşlı mütəxəssis son olaraq "İbitsa" klubunu çalışdırıb.

Xəbər xətti