"İndi klubsuzam. Fərdi məşqlərimi yerinə yetirirəm. Təklif gələcəyi təqdirdə, hazır olmaq üçün boş oturmuram".
Bu sözləri Sportal.az saytına açıqlamasında Araz Abdullayev deyib.
30 yaşlı yarımmüdafiəçi qışdan sonra ölkə xaricinə yollanmaq ehtimalının olduğunu bildirib. Onun sözlərinə görə, hər şey gələcək təkliflərdən asılı olacaq:
"Təbii ki, ölkə xaricinə yollanmaq istəyərdim. Amma klublarımızdan da təkliflər gələrsə, oturub danışacam. Həm ölkədaxili, həm də, xaricdəki klublarla danışıram. Mənə daha uyğun gələn komandaya keçəcəm. Həmişə Azərbaycanı xaricdə təmsil etməyə çalışmışam. Bu dəfə necə alınacaq, baxarıq".
Mirbağırağa