"Milan" "Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniola ilə rəsmi müqavilə imzalamağa yaxındır.
Sportal.az "Sky Spors"a istinadən xəbər verir ki, "rossonyerlər" 23 yaşlı futbolçunu razı sala bilib. Müqaviləyə əsasən Zaniola 2027-ci ilin iyunun sonuna "Milan"a məxsus olacaq.
Milan təmsilçisi İtaliya millisinin üzvünə bonuslar istisna olmaqla, illik 3,5 milyon avro maaş ödəyəcək. Hazırda "Milan"la "Roma" arasında danışıqların son mərhələsi gedir. Əgər klublar arasında razılıq əldə edilsə, ölkə çempionu "canavarlar"a 30 milyon avro ödəyəcək.
saytlarin hazirlanmasi