"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş "transfer pəncərəsi" bağlanana qədər PSJ-yə keçidini tamamlamaq üçün Parisə uçub.
Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, mərakeşli futbolçu Fransa nəhəngində icarə əsasında oynayacaq.
PSJ-nin müdafiəçisi Hakimi də Ziyeşin bu komandaya keçəcəyini təsdiqləyib.
29 yaşlı futbolçu "Herenven", "Tvente", "Ayaks"da oynadıqdan sonra 2020-ci ildə "Çelsi"yə keçmişdi.