İspaniya millisinin yeni kapitanı açıqlandı

16:53 - 18 Mart 2023

İspaniya milli komandasının yeni kapitanı müəyyənləşib.

Sportal.az xəbər verir ki, yığmada kapitanlıq bazübəndini Alvaro Morata qoluna taxacaq. Bu barədə İspaniya seçməsinin baş məşqçisi Luis de la Fuenta məlumat verib.

Qeyd edək ki, Alvaro Morata 2014-cü ilin noyabr ayından İspaniya millisinin şərəfini qoruyur. "Atletiko"nun 30 yaşlı forvardı yığmanın heyətində meydana çıxdığı 61 matçda 30 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti