Millimiz Albaniyaya məğlub oldu

20:27 - 23 Mart 2023

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. 

Sportal.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib.

U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.

Xəbər xətti