Mahir Emreli zədəsini sağaltdı

19:55 - 28 Mart 2023

Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu zədədən sonrakı bərpa dönəmini artıq geridə qoyub. Millimizin forvardı tezliklə kollektivlə məşqlərə başlayacaq. Mahirin Super Liqanın 27-ci turunun "Ümraniyespor"la matçında meydanda olacağı gözlənilir.

Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan icarə əsasında "Konyaspor"a keçib. O, "ağ-yaşıllar"ın heyətində 2 Super Liqa oyununda meydan çıxıb.

Qeyd edək ki, Mahir Türkiyə Super Liqasının 26-cı turunun "Qalatasaray"la görüşündə (2:1) zədələnmişdi. Hücumçu buna görə millimizin Avro-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçlə matçlarında iştirak edə bilməyib.

Xəbər xətti