"İspaniyaya qalib gələcəyimizə inanırdıq"

13:00 - 29 Mart 2023

Şotlandiya millisinin Endryu Robertson AVRO-2024-ün seçmə mərhələsində İspaniyaya evdə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, "Liverpul"un üzvü komandanın uğurlu nəticələri barədə fikirlərini bildirib:

"İspaniyaya qalib gələcəyimizə inanırdıq. Altı xal qazandıq. Əla başlanğıcdır. Hər halda altı xal toplamağı bacardıq. Amma altı xal Avropa çempionatına vəsiqə vermir. Qarşıda bizi iyunda ən vacib matçlar gözləyir. Həmin oyunlarda xal qazansaq, qrupda əla mövqedə olacağıq".

Xəbər xətti