"Lill" və "Alanyaspor" "Qarabağ"ın futbolçusunu istəyir

18:11 - 30 Mart 2023

Bakıda “Qarabağ” və “Qalatasaray” klubları (1:2) arasında keçirilən xeyriyyə matçında meydanın ən yaxşılardan olan Abdulla Zubirə Türkiyə komandalarının marağı artmaqda davam edir.

Sportal.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin klublardan biri də “Alanyaspor”dur.

Super Liqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal futbolçunu sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.

Fransanın “Lill” klubu da mərakeşli futbolçunu heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Ağdam təmsilçisinin heyətində 103 oyuna çıxan A.Zubir 29 dəfə rəqib qapısına yol tapıb.

Xəbər xətti