Premyer Liqaya vəsiqə qazanan klub xaricdən futbolçu gətirir

17:37 - 25 May 2023

Azərbaycan birinci divizionunun qalibi, yeni mövsüm Premyer Liqada mübarizə aparan "Araz Naxçıvan" heyətini gücləndirməyi planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisinin transfer siyahısında ölkə xaricində çıxış edən azərbaycanlılar da var.

"Dauqavpils"də oynayan Nazim Həsənzadə qarşıdakı mövsümə “Araz Naxçıvan”da başlaya bilər. Latviya klubunda oynamaq şansı tapmayan futbolçununu geri qayıtmaq şansı yüksəkdir.
 

Xəbər xətti