"Real" Benzemanın yerinə onu transfer edəcək

15:56 - 4 İyun 2023

Kərim Benzema ilə yollarını ayıran "Real" yeni hücumçu axtarışlarına start verib.

Sportal.az xəbər verir ki, İspaniya klubunun əsas hədəfi "Tottenhem"də çıxış edən Harri Keyndir. Bu barədə "El Chirinquito" nəşri məlumat yayıb. Madrid təmsilçisinin qısa müddət ərzində ingilis forvard üçün klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Tottenhem" Harri Keyni 2013-cü ilin yayında "Lester Siti"dən transfer edib. 30 yaşlı hücumçu cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 32 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti