Millimizin üzvü sarı vərəqə gördü, komandası uduzdu

16:54 - 4 İyun 2023

Futbol üzrə Cənubi Koreya çempionatında 16-cı turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "İnçeon Yunayted"lə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

16 turdan sonra 22 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti