İsrail klubu azərbaycanlı futbolçunu istəyir

12:44 - 7 İyun 2023

Yola saldığımız mövsümü "Kəpəz"də keçirmiş Nicat Süleymanov legioner həyatı yaşamağa yaxındır.

Sportal.az saytına verilən məlumata görə, Gəncə klubunda oynamış yarımmüdafiəçinin İsrailə yollanması gözlənilir. İsrail yüksək liqasında çıxış edən “Aşdod” 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Amma onu istəyən yeganə klub “Aşdod” deyil. Belə ki, “Sumqayıt” da yarımmüdafiəçi üçün danışıqlar aparır. Süleymanov 2021-ci ildən “Kəpəz”də oynayır. “Bakı”nın yetirməsi olan Nicat “Qarabağ”, “Zirə”, “Turan Tovuz” klublarında oynayıb.

Xəbər xətti