"Tottenhem"i "Latsio"ya dəyişəcək

16:32 - 11 Avqust 2023

Fransa millisinin sabiq qolkiperi Uqo Loris karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, təcrübəli qapıçıya "Latsio"dan təklif gəlib.

"Tottenhem"dən ayrılmağı planlaşdıran futbolçu İtaliya klubunun 2023/2024 mövsümündə Çempionlar Liqasında oynamasına görə təklifə müsbət yanaşır.

36 yaşlı futbolçunun "Tottenhem"lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti