"Buriram Yunayted" növbəti matçına çıxır, Şeydayev start heyətində

15:27 - 15 Sentyabr 2023

Bu gün Tayland Liqasında 4-cü tura start veriləcək.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” “Trat”ı qəbul edəcək.

Qarşılaşmaya saat 16:00-da start veriləcək.

Şeydayev oyuna start heyətində başlayacaq. Hazırda “Buriram Yunayted” 7 xalla 3-cü pillədədir.

Xəbər xətti