Premyer Liqanın 12-ci turunun "Turan Tovuz"la matçında ağır zədə alan Ağabala Ramazanovun durumu bəlli olub.
Sportal.az xəbər verir ki, "Səbail"in hücumçusunun həyati təhlükəsi yoxdur. 30 yaşlı forvard bir neçə gün həkim nəzarətində qalacaq.
Futbolçunun durumu ilə bağlı klubun mətbuat xidməti açıqlama yayıb:
"Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail - “Turan Tovuz” oyununda zədələnən və xəstəxanaya təxliyyə olunan Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur. Futbolçumuz bir neçə gün həkim nəzarətində olacaq".
saytlarin hazirlanmasi