Nuno Eşpiritu Santo "Əl-İttihad"ın baş məşqçi postunu tərk edib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi Asiya Çempionlar Liqasında İraqın “Əl-Quva” komandasına 0:2 uduzduqdan sonra bu qərara gəlib.
"Əl-İttihad" Səudiyyə Ərəbistanı Liqasında ardıcıl 5 matçdır qalib gələ bilmir.
Mütəxəssis ötən mövsüm komandaya çempionluq qazandırıb.
Qeyd edək ki, bu klubda Nqolo Kante və Kerim Benzema forma geyinir.
saytlarin hazirlanmasi