Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" Portuqaliya 21-ci turunda "Sportinq"ə 0:5 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Artur Jorje qarşılaşmadan sonra açıqlama verib. 51 yaşlı mütəxəssis ağır məğlubiyyəti unutmalı və "Qarabağ"la oyunu köklənməli olduqlarını bildirib:
"Başımızı qaldırmalı və irəliyə baxmalıyıq. Təəssüflənmək üçün vaxtımız azdır. Cümə axşamı "Qarabağ"la vacib bir matçımız var. Avropa səyahətimizə çətin oyunla davam edəcəyik. Bu, bizim üçün çox vacib oyun olacaq. İndi “Sportinq”lə görüşü unutmalı və "Qarabağ"la oyuna köklənməliyik".
Qeyd edək ki, "Braqa" - "Qarabağ" qarşılaşması 15 yanvar tarixində Bakı vaxtilə saat 00:00-da baş tuttacaq.
saytlarin hazirlanmasi