Türkiyə Super Kuboku matçının keçiriləcəyi tarix müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Qalatasaray"la "Fənərbaxça" arasında oynanılacaq görüş 3 aprel tarixində baş gtutacaq. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Qarşılaşmanın yeri də məlumdur. Matç Şanlıurfa şəhərində keçiriləcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu ötən ilin 29 dekabr tarixində Səudiyyə Ərəbistanında baş tutmalı idi. Lakin yerli hökumət Mustafa Kamal Atatürklə bağlı şüarlara icazə vermədiyi üçün hər iki komanda meydana çıxmaqdan imtina etmişdi.
saytlarin hazirlanmasi