"Turan Tovuz"un legioneri "Neftçi" ilə matç haqda: "Böyük iş görmək lazımdır"

13:17 - 24 Fevral 2024

"Turan Tovuz"un futbolçusu Aleks de Souza Sportal.az saytına açıqlama verib. Bölgə klubunun forvardı bu gün Premyer Liqanın 24-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb:

"Ötən turdakı "Sumqayıt"la matçımız asan olmadı, çətin keçdi. Təəssüf ki, qələbə qazana bilmədik. Halbuki, yaxşı futbol oynadıq, qələbə də qazanmaq mümkün idi. Amma futbolda hər zaman qalib gəlmək alınmır, bəzən heç-heçə də qeydə alınır. Həmin oyun geridə qaldı və biz növbəti görüşümüz üçün hazırlaşdıq.

"Neftçi"yə qarşı oyunumuz da çətin olacaq. Lakin öz azarkeşlərimiz qarşısında oynayacağıq. Böyük iş görmək lazımdır. "Neftçi" də yaxşı komandadır. Bizim heyətimizdə çox keyfiyyətli oyunçular var. Əla oyun olacaq".

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" matçına 15:00-da start veriləcək.

Xəbər xətti