"Neftçi" futbolçularından birinə yeni müqavilə təklif edib.
Sportal.az saytına verilən məlumata görə, söhbət Rəhman Hacıyevdən gedir. “Ağ-qaralar” yarımmüdafiəçi ilə müqavilə müddətini artırmaq üçün onunla danışığa keçib.
Hacıyevə bir neçə təkliflər olsa da, onun “Neftçi”də qalmağa müsbət yanaşdığı və əsas seçiminin “Neftçi” olacağı gözlənilir. Tərəflərin daha 2 illik müqavilə imzalayacağı gözlənilir.
30 yaşlı yarımmüdafiəçi 2015-ci ildə “Qaziantep BB”dən yanvarın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna qədər "ağ-qaralar"a məxsusdur.Hacıyev karyerası ərzində "Bakı", "Altay", "Sumqayıt", "Keşlə"(indiki "Şamaxı") klublarında forma geyinib.
saytlarin hazirlanmasi