"Şanssızlıq öz rolunu oynadı, amma ən böyük səhv komandanın tam dağılmağı idi"

13:34 - 21 May 2024

"Qəbələ"nin sabiq müdafiəçisi və məşqçisi Rasim Ramaldanov Sportal.az saytına açıqlama verib.

O, bölgə klubunun bu mövsüm sonuncu yeri tutmasını və Premyer Liqadan düşməsini şərh edib:

"Qəbələ"nin Premyer Liqadan düşməsi çox xoşagəlməz xəbər oldu. İstəməzdim ki, belə olsun. O klubda çox yaxşı günlərim və çox yaxşı nəticələrimiz oldu. Şanssızlıq da öz rolunu oynadı, amma ən böyük səhv komandanın mövsümün əvvəlində tam dağılmağı idi. Bu mövsümkü uğursuz nəticə? İndi oturub çox bəhanə və çatışmazlıqlardan danışa bilərik. Lakin dediyim kimi, ən böyük səhv komandanın dağılması idi".

Ramaldanov, "Qəbələ"nin 2025/2026 mövsümündə yenidən Premyer Liqada olacağına inandığını bildirib:

"Qəbələ"nin yaxşı akademiyası var. Bu akademiyanın futbolçulardan gələcəkdə hamı yararlana bilir və mən də hesab edirəm ki, bu klub hər zaman yaşamalıdır.
Komandanın Premyer Liqaya qayıdacağına çox inanıram və gələn il onları mütləq Premyer Liqada görmək arzusundayam".

Xəbər xətti