"Qalatasaray" braziliyalı futbolçu üçün 20 milyon avro təklif etdi

18:52 - 27 İyul 2024

"Qalatasaray" yarımmüdafiə xəttini gücləndirmək üçün transfer fəaliyyətini davam etdirir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Zenit"də çıxış edən Vendeli heyətinə qatmaqda israrlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.

Daha öncə göndərdiyi təklifi rədd edilən İstanbul təmsilçisi Rusiya klubuna növbəti dəfə müraciət edib. "Qalatsaray" braziliyalı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 20 milyon avro və növbəti satışdan pay təklif edib. Ruslar "sarı-qırmızılar"dan 25 milyon avro tələb edir. İki klub arasında təzminat məbləği ilə bağlı müzakirələr davam edir.

Qeyd edək ki, "Zenit" Vendeli 2020-ci ilin oktyabr ayında "Sportinq"dən transfer edib. 26 yaşlı futbolçu Sankt-Peterburq təmsilçisinin heyətində meydana çıxdığı 125 rəsmi matçda 20 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti