"Tottenhem"in futbolçusu La Liqaya qayıdır

20:10 - 27 İyul 2024

"Tottenhem"in futbolçusu Brayan Gil İspaniya Liqa Liqasına qayıdacaq.

Sportal.az xəbər verir ki, "Jirona" 23 yaşlı vingeri icarəyə götürəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspan futbolçunun keçidi ilə bağlı klublar arasında razılıq əldə olunub. Yaxın günlərdə rəsmi açıqlama ediləcək.

Qeyd edək ki, "Tottehhem" Brayan Gili 2021-ci ilin yayında "Sevilya"dan transfer edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti