"Arsenal" və "Çelsi" "Mançester Siti"nin hücumçusu ilə maraqlanır

10:16 - 28 İyul 2024

"Mançester Siti"nin hücumçusu Julian ALvares Premyer Liqada klubuna dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" və "Çelsi" argentinalı hücumçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Hər iki klub 24 yaşlı forvard üçün onun klubu ilə danışıqlara başlayacaq. "Şəhərlilər" futbolçu üçün 77 milyon avro tələb edir.

Qeyd edək ki, "Mançester Siti" Julian Alvaresi 2022-ci ilin yayında "River Pleyt"dən transfer edib. Argentina millisinin üzvünün klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti