"Fənərbaxça"nın futbolçusu üçün 33 milyon avroluq təklif

11:30 - 28 İyul 2024

İngiltərənin "Brayton" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Fənərbaxça"da çıxış edən Ferdi Kadıoğludur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Daha əvvəl göndərdiyi 27 milyon avroluq təklifi rədd edilən Premyer Liqa təmsilçisi "Fənərbaxça"ya ikinci dəfə müraciət edib. "Brayton" bu dəfə 24 yaşlı sol cinah müdafiəçisi üçün 33 milyon avroluq təklif göndərib. Türkiyə klubu hələ ki, ingilislərə cavab verməyib.

Qeyd edək ki, "Fənərbaxça" Ferdi Kadıoğlunu 2018-ci ilin yayında "Niymegen"dən transfer edib. Türkiyə millisinin üzvü Super Liqa nəhənginin heyətində meydana çıxdığı 200 rəsmi matçda 18 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti