Paris-2024: 2 cüdoçumuz mübarizəni dayandırdı

13:04 - 28 İyul 2024

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki idmançısı tatamiyə çıxıb.

Yaşar Nəcəfov 1/16 final mərhələsində Serbiyanı təmsil edən Straxinya Bunçiçlə üz-üzə gəlib. Rəqibinə məğlub olan Nəcəfov Olimpiadada mübarizəni erkən dayandırıb.

Digər cüdoçumuz Gültac Məmmədəliyeva isə Anjelika Delqado (ABŞ) ilə görüşdə uduzaraq turnirdə iştirakını başa vurub.

Qeyd edək ki, cüdo yarışlarında dünən Bababəy Ağayev və Leyla Əliyeva da Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Xəbər xətti