"Səbail"in bombardiri İsrail klubuna keçdi - RƏSMİ

13:28 - 28 İyul 2024

"Əbail"dən ayrılan Aleksandr Ramalinqomun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, madaqaskarlı hücumçu karyerasını İsrail çempionatında davam etdirəcək.

31 yaşlı forvard "Bney Saxnin"ə keçib. Təcrübəli futbolçu yeni klubu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Aleksandr Ramalinqom ötən mövsüm "Səbail"də çıxış edib. O, komandanın heyətində 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu 20232/2024 mövsümündə Bayıl təmsilçisinin bombardiri olub.

Xəbər xətti