"Roma" və "Lill" "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir

13:51 - 28 İyul 2024

"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, türk vingerə Avropadan iki təklif var. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İtaliyanın "Roma" və Fransanın "Lill" klubları 25 yaşlı futbolçu üçün hərəkətə keçib. Adıçəkilən klubların yaxın günlərdə "sarı-qırmızılar"a 10 milyon avroluq rəsmi təkliflə müraciət edəcəyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin sentyabr ayında "Erzincanspor"dan transfer edib. Türkiyə millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti