"Bavariya"nın müdafiəçisi "Mançester Yunayted"ə keçəcək

19:50 - 28 İyul 2024

"Bavariya"nın müdafiəçisi Nussair Mazraui karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, mərakeşli sağ cinah müdafiəçisi "Mançester Yunayted"ə keçəcək. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Artıq iki klub arasında razılıq əldə olunub. Yaxın günlərdə transfer rəsmiləşəcək.

Qeyd edək ki, "Bavariya" Nussair Mazrauini 2022-ci ilin yayında "Ayaks"dan transfer edib. 26 yaşlı arxa xətt oyunçusu ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti