Millimizin müdafiəçisi "Turan Tovuz"da - RƏSMİ

23:16 - 28 İyul 2024

"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İbrahim Ramazanovu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İbrahim eyni zamanda 21 yaşlılardan ibrarət Azərbaycan milli komandasının üzvüdür. Gənc futbolçu "Qəbələ"nin yetirməsidir. O, ötən mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.


Xəbər xətti