Bu gün “Neftçi”nin qadınlardan ibarət komandası Çempionlar Liqasında tarixi oyun keçirəcək.
Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Gürcüstanda Avstriyanın “Sankt-Polten” klubu ilə qarşılaşacaq.
"Neftçi" üçün bu, Çempionlar Liqasında, eləcə də ümumilikdə Azərbaycan üçün qadınlardan ibarət komandalar arasında Avropa yarışlarında debütü olacaq.
18:00 “Sankt-Polten” (Avstriya) – “Neftçi” (Bakı, Azərbaycan)
Bu cütün qalibi növbəti mərhələdə “Vlajniya” (Albaniya) – “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Matçlar sentyabrın 4-7-i aralığında keçiriləcək və qaliblər turnirin əsas mərhələsinə yeddi vəsiqənin oynanılacağı 2-ci tura yüksələcək.