"Qarabağ"ın legioneri oynadı, komandası qalib gəldi - VİDEO

09:18 - 11 Sentyabr 2024

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın şərəfini qoruduğu Əlcəzair millisində Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxıb.

Sportal.az xəbər verir ki, Əlcəzair Liberiya yığması ilə qarşılaşıb. Görüş Benzianın komandasının böyükhesablı qələbəsi (3:0) ilə başa çatıb. Meydana start heyətində buraxılan “Qarabağ”ın legioneri 77-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.

İki turdan sonra Əlcəzair 6 xalla qrupuna başçılıq edir.

Xəbər xətti