Dadaşov oynadı, komandası qalib gəldi

09:48 - 11 Sentyabr 2024

Almaniyada Şimal-Şərq Regional Liqasında 7-ci turun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) “Qrayfsvalder” klubunun qonağı olub.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Hazırda "Dinamo" 11 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti