Braziliya və Argentina səfərdə məğlub oldu - VİDEO

10:34 - 11 Sentyabr 2024

Cənubi Amerika zonasında DÇ-2026-nın seçmə mərhələsinin matçları baş tutub. 

Sportal.az xəbər verir ki, son dünya çempionu Argentina Kolumbiyanın qonağı olub və səfərdə rəqibi ilə bacarmayıb. Kolumbiya bu qələbə ilə Argentinanın 12 matçlıq məğlubiyyətsizlik seriyasına da son qoymuş olub.

Braziliya millisi isə Paraqvayla görüşdə uğursuzluqla qarşılaşıb. Belə ki, braziliyalılar Paraqvaya 0:1 uduzub. Argentina 8 turdan sonra 18 xalla liderdir, Kolumbiya isə 16 xalla ikincidir. 

Kolumbiya - Argentina 2:1
Qollar:

Paraqvay - Braziliya 1:0
Qol:

Xəbər xətti