Birinci Liqaya start verilir: Açılış oyunu Yevlaxda keçiriləcək

11:34 - 11 Sentyabr 2024

Bu gün Azərbaycan Birinci Liqasında yeni mövsümə start veriləcək.

Sportal.az xəbər verir ki, mövsümün ilk görüşü Yevlaxda baş tutacaq.

“Karvan” “Qaradağ Lökbatan”ı qəbul edəcək. Qeyd edək ki, ötən mövsüm hər iki komanda Premyer Liqaya vəsiqə uğrunda mübarizədə iddialılardan idilər. İlk turun digər matçları sabah və birigün keçiriləcək. 

17:00 “Karvan” – “Qaradağ-Lökbatan”
 

Xəbər xətti