"Çelsi" rəhbərliyi yeni stadion inşa etdirəcək

15:22 - 11 Sentyabr 2024

"Çelsi" "Stemford Bric"dən ayrılacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "zadəganlar" başqa stadiona köçməyi planlaşdırır.

Klub yeni arenanın tikintisi ilə bağlı danışıqlar aparır. Çünki tutumun artırılması sahiblər üçün əsas prioritetdir və "Stemford Bric"in yenidən qurulmasının mürəkkəbliyi onları Londonun qərbində yeni ərazi axtarmağa vadar edib.

"Transport for London" və tərtibatçı "Delansi" ilə müzakirələr aparılıb. Lakin problem yaradan məsələ odur ki, "Earls Court Development Committee" (ECDC) layihəsinə futbol stadionu daxil deyil. Bu şirkət daha çox minlərlə evin, iş yerlərinin açılması üçün məkanların, mədəniyyət evləri və açıq sahənin yaradılmasına üstünlük verilir. "Çelsi" isə stadion layihəsi üçün israr edir.
 

Xəbər xətti