İngiltərə mətbuatı: "Tottenhem"in diqqət etməli "Qarabağ"ın oyunçusu odur"

15:47 - 11 Sentyabr 2024

İngiltərədə Avropa Liqasının əsas mərhələsinin açılış turunun Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu ilə bağlı yazı dərc edilib.

Sportal.az xəbər verir ki, “The Spurs Web” portalı həmin matç haqda bunları yazıb:

"Tottenhem" Avropa Liqasına “Qarabağ”a qarşı ev oyunu ilə başlayır. Təbii ki, avrokuboklarda istənilən komanda hər kəsə qalib gələ bilər. Lakin “Tottenhem” bu görüşdən 3 xalla ayrıla bilməsə, bir az məyus olacaq. Həm də bu komandanın diqqət yetirməli olduğu rəqib oyunçunu da qeyd etmək lazımdır: Juninyo. "Qarabağ" bu qarşılaşmada nəyəsə nail olmaq istəyirsə, braziliyalı hücumçu Juninyonun ən yaxşı formada oynamasına ehtiyac duyacaq. Proqnoz isə “Tottenhem”in “Qarabağ”ı 3:0 məğlub etməsidir”.

Qeyd edək ki, qarşılaşma sentyabrın 26-da Londonda keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.
 

Xəbər xətti