Millətlər Liqası: Azərbaycan millisi ən pis göstəricilərə malik komandalardandır

12:49 - 11 Sentyabr 2024

Millətlər Liqasının C divizionunda iki açılış turunun nəticələrinə əsasən Azərbaycan millisi ən pis nəticələrdən birinə sahibdir.

Sportal.az xəbər verir ki, startda İsveç (1:3) və daha sonra Slovakiya (0:2) millilərinə uduzan Milli C divizionunda yalnız eyni qrupda yer aldığı Estoniya yığmasını qabaqlayaraq 16 iştirakçı arasında 15-cidir.

Qeyd edək ki, daha iki komandanın – Litva və Lüksemburqun xalları olmasa da, hər ikisi Azərbaycan yığmasından az buraxıb.

Bütün divizionların 54 iştirakçısı arasında Azərbaycan millisi iki turun nəticələrinə əsasən İrlandiya, Finlandiya (B divizionu) və İsveçrə (A divizionu) komandalarını qabaqlayaraq 48-ci yerdədir.

Xəbər xətti