Azərbaycanla matçda qol vuran forvard "Arsenal"a keçir

13:34 - 11 Sentyabr 2024

İsveç millisinin və "Sportinq"in hücumçusu Viktor Qyokereş İngiltərəyə qayıdacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, isveçli forvard "Arsenal"a keçə bilər.

Hazırda "topçular" Viktorun keçidini həll etməyə çalışır. Keçidin qışda baş tutacağı gözlənilir.

İngiltərə klubu 26 yaşlı hücumçu üçün 100 milyon avro ödəməli olacaq.

Qyokereşin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyunun 30-na qədərdir. O, İngiltərədə "Suonsi", "Brayton" və "Koventri"də çıxış edib.

Əlavə edək ki, Qyokereş Millətlər Liqasının C1 qrupunun Azərbaycan - İsveç (1:3) görüşündə qonaqların qollarından birinin müəllifidir. 

Xəbər xətti