Ronaldodan sərt sözlər: "Mançester Yunayted"in baş məşqçisi belə danışa bilməz"

17:18 - 11 Sentyabr 2024

"Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldo sabiq klubu "Mançester Yunayted" haqda danışıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu "qırmızı şeytanlar"ın köklü dəyişikliklər etməli olduğunu bildirib:

"Məncə, hər şeyi yenidən qurmalıdırlar. Baş məşqçi Premyer Liqa və Çempionlar Liqasının qalibi olmaq üçün mübarizə apara bilməyəcəklərini deyir. "Mançester Yunayted"in baş məşqçisi belə danışa bilməz. Ten Haq "bəlkə də o potensiala sahib deyilik, amma cəhd edəcəyik" deməlidir".

Xəbər xətti