Azərbaycanı Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşdi

17:56 - 11 Sentyabr 2024

Azərbaycan cüdoçuları 13-15 sentyabrda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək Qran Pri turnirində iştirak edəcək.

Sportal.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 40 ölkədən 326 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və kişilər arasında 7 çəki dərəsində 10 idmançı ilə təmsil olunacaq.

Cüdoçular qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında çıxış edəcək.

Qadınlar

-52 kq.
Aydan Vəliyeva

-63 kq.
Aytac Qardaşxanlı

Kişilər

-60 kq.
Turan Bayramov
Əhməd Yusifov

-66 kq.
Ruslan Paşayev
Nazir Talıbov

-73 kq.
İbrahim Əliyev
Nəriman Mirzəyev

-81 kq.
Zaməddin Poladov

-90 kq.
Vüqar Talıbov

Xəbər xətti