"Çelsi" hücumçusunu Yunanıstana göndərdi

19:22 - 11 Sentyabr 2024

"Çelsi"nin hücumçusu David Datro Fofana karyerasını Yunanıstanda davam etdirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu 21 yaşlı forvardı AEK-ə icarəyə verib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvü olan Fofana 2024/2025 mövsümünü Super Liqa təmsilçisinin heyətində keçirəcək. AEK 20 milyon funt-sterlinq ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Çelsi" David Datro Fofananı 2023-cü ilin yanvar ayında Norveçin "Molde" klubundan transfer edib. Gənc hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Börnli"də transfer edib.

Xəbər xətti