"Real" ukraynalı qapıçının müqaviləsini uzatdı

20:49 - 11 Sentyabr 2024

"Real" qapıçı Andrey Luninlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi ukraynalı qolkiperin sözləşməsinin müddətini uzadıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real" 25 yaşlı futbolçunun gələn ilin yayında başa çatmalı olan müqaviləsini 4 il müddətinə uzadıb. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama ediləcək.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü "kral klubu"nun heyətində 48 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti