PSJ-nin müdafiəçisi La Liqa klubunda

21:17 - 11 Sentyabr 2024

PSJ-nin müdafiəçisi Xuan Bernat karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi ispan futbolçunu "Vilyarreal"a icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı sol cinah müdafiəçisi 2024/2025 mövsümünü La Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, PSJ Xuan Bernatı 2018-ci ildə "Bavariya"dan transfer edib. 

Xəbər xətti