"Mançester Siti"nin müdafiəçisi millidə ağır zədə aldı

22:10 - 11 Sentyabr 2024

"Mançester Siti"nin heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Natan Ake sıradan çıxıb.

29 yaşlı futbolçu Niderland milli komandasının UEFA Millətlər Liqasında Almaniya ilə keçirdiyi matçda (2:2) zədələnib. Təcrübəli mərkəz müdafiəçisi sol ayağının əzələsindən xəsarət alıb. Akenin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, "Mançester Siti" Natan Akeni 2020-ci ilin yayında "Bornmut"dan transfer edib. Niderlandlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti