Millilərimiz Olimpiadaya qələbə ilə başladı

22:35 - 11 Sentyabr 2024

Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. 

Sportal.az xəbər verir ki, birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. 

Qadınlardan ibarət millimiz isə Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi təslim olmağa məcbur edib.

Xəbər xətti